Bakıda klinikadan seyf oğurlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |    

Bakıda klinikadan seyf oğurlandı

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən stomatoloji klinikanın rəhbərliyi aprelin 6-dan 14-dək olan müddətdə tibb müəssisəsindən oğurluq edildiyini aşkarlayıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Klinikanın rəhbəri T.Abdullayev aprelin 14-də polisə müraciət edərək, naməlum şəxslərin qapının açarını əldə edərək, tibb müəssisəsinə daxil olduqlarını və seyfi oğurladıqlarını deyib.

Xoşbəxtlikdən seyf boş olub. Lakin oğrular bunu seyfi açandan sonra biliblər.

Faktla bağlı tutulan yoxdur. Yasamal rayon 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən gün ərzində törədilən 23 oğurluq faktının üçünün, daha əvvəl törədilənlərdən isə dördünün üstü açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 159 15.04.20 17:02