Bakıda silahdan havaya atəş açan şəxslər saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |     13:13 Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı  |     13:13 Ağ ayaqqabıları təmizləməyin təbii üsulları  |     13:12 "Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb  |     13:10 Серия А: гол Консейсау принес "Ювентусу" победу над "Интером"  |     13:08 Unun bahalaşması çörəyin qiymətini ARTIRACAQ? - VİDEO  |     13:05 Mənzil alanlara XƏBƏRDARLIQ: Sahəsi eyni olan evlər fərqli qiymətə SATILIR - VİDEO  |     13:04 İranda zəlzələ baş verdi  |     13:02 Ukraynada prezident seçkisinin tarixi açıqlandı  |     13:01 Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür  |     12:55 İran Prezidenti Məsud Pezeşkian azərbaycanca şeir dedi - VİDEO  |     12:48 Millimiz Avropada liderliyi ələ keçirib  |     12:37 Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU  |     12:29 Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir  |    

Bakıda silahdan havaya atəş açan şəxslər saxlanıldı

Martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Priora” markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib.

Həmin gün saat 12 radələrində Güloğlular kəndi ərazisində Ə.Əsədov və sərnişinləri olan həmyerliləri, əvvəllər məhkum olunmuş Fərid Aslanov (qadını təhqir edib silahla havaya atəş açmış) və Asif Süleymanov avtomobillə birgə saxlanılıblar.

Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş "İJ-16” markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb.

F.Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A.Süleymanovdan isə 7,60 qram tiryək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 336 26.03.20 19:14