Bakıda mağazadan oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən, həmin ticarət nöqtəsinin keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması müəyyən edilib.
Bizimlə əlaqə saxlayın