Oğurladığı əşyaları onlayn satan şəxs tutuldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:48 Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI  |     15:43 Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb: Arvadı şübhəli bilinir  |     15:37 BDYPİ sürücülərə xəbərdarlıq edib  |     15:36 Dünyanın ən bahalı liqaları - SİYAHI açıqlandı  |     15:27 Dövlət müəssisəsinin əməkdaşı faciəli şəkildə öldü  |     15:21 Şakira xəstəxanaya yerləşdirildi  |     15:20 Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır  |     15:08 İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi  |     15:03 Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi  |     15:02 Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ  |     14:58 İlyas İsmayılov vəfat etdi  |     14:48 Azərbaycanda təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir  |     14:46 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |    

Oğurladığı əşyaları onlayn satan şəxs tutuldu - FOTO

Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus “VAZ 2121” markalı avtomobillərin şüşələrini sındıraraq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.

Ə.Kazımov avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsi ilə onun əməlləri lentə alınıb.

O ifadəsində bildirib ki, oğurladığı əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb. Belə ki, həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. O, sürücüyə yeri izah etməkdə çətinlik çəkdiyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanılan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 203 17.03.20 16:24