Bakıda qadın çimmədiyinə görə qayınanasını öldürdü - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Bakıda qadın çimmədiyinə görə qayınanasını öldürdü - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, təqsirləndirilən Mədinə Qreçneva məhkəmədə sərbəst ifadə verərək bildirib ki, həyat yoldaşı Aliklə bilyard zalında işləyən zaman tanış olub.

O qeyd edib ki, bilyard zalına müştəri kimi gəlib-gedən Alik özü isə hotellərdə və idman mərkəzlərində təmizləyici işləyib. Tanışlıqdan təxminən səkkiz ay sonra ailə həyatı qurublar. İlk gündən qayınanasının gözü Mədinəni tutmayıb. Belə ki, oğlunun rus millətindən deyil, başqa millətdən olan qızla ailə qurmasına etiraz edib:

“Alikin razılığı ilə məcbur olub hamiləliyimi qaynanamdan gizlətmişdim. Hamiləliyimin yeddinci ayında xəbər tutdu, bir söz demədi. 2017-ci ildə oğlum dünyaya gəldi. Uşağa tək baxa bilmədiyimə görə bir ilə yaxın anamgildə qaldım. Valentinanın yaşı çoxaldıqca natəmizlik edir, küçədən evə zibil gətirir, çimmir, soyuducuda köhnə, iylənmiş yeməklər saxlayırdı. Buna görə də evdən pis iy gəlirdi. Oğlumun sağlamlığına görə tez-tez qaynanamla mübahisəmiz düşürdü. Alik özü də buna görə anası ilə mübahisə edirdi”.

Təqsirləndirilən şəxs deyib ki, oğlunu da götürüb anasıgilə getsə də, sonradan geri qayıdıb:

“Barışdım, yenidən evə qayıtdım. Alik yaşadığımız otağı təmir etmişdi. Otağın açarı da ayrı idi. Qayınanamla ümumi hamamdan istifadə edirdik. Rastlaşan kimi məni söyürdü. Oğlumun atasının Alik olmadığını deyir, bir sözlə, məni gəlin kimi qəbul etmirdi”.

M.Qreçneva bildirib ki, ailə daxilində baş verənlər, digər yandan isə dözülməz həddə olan natəmizlik onu yenidən anasıgilə qayıtmağa məcbur edib. Ötən il sentyabrın 18-də növbəti dəfə ərinin yaşadığı ünvana gələn Mədinə öz açarı ilə qapını açaraq evə daxil olub. Qayınanası onu görüncə yenə də mübahisə düşüb. Valentina otağındakı kilsəyə aid olan dini əşyaları Mədinəyə göstərərək Allaha inandığını deyib, onun evindən tez biz zamanda çıxıb getməsini tələb edib:

“Mübahisə zamanı bir əlində bıçaq, digər əlində dixlofosla üstümə gəldi. Masanın üstündəki araq şüşəsini götürüb başına vurdum. Qaynar çayniki üstümə tökmək istədikdə yenə də butulka ilə onu vurdum. Başından qan sıçradı, arxası üstə yerə yıxıldı. Üst-başımın qanını yuyub qapıdan çıxdım”.

Məhkəmə prosesi martın 13-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib. 70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyyəsində bir neçə xəsarət aşkar ediblər.

Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

M.Qreçneva barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 473 07.03.20 21:51