Azərbaycanda tanınmış hakimin qardaşı oğlu həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:48 Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI  |     15:43 Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb: Arvadı şübhəli bilinir  |     15:37 BDYPİ sürücülərə xəbərdarlıq edib  |     15:36 Dünyanın ən bahalı liqaları - SİYAHI açıqlandı  |     15:27 Dövlət müəssisəsinin əməkdaşı faciəli şəkildə öldü  |     15:21 Şakira xəstəxanaya yerləşdirildi  |     15:20 Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır  |     15:08 İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi  |     15:03 Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi  |     15:02 Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ  |     14:58 İlyas İsmayılov vəfat etdi  |     14:48 Azərbaycanda təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir  |     14:46 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |    

Azərbaycanda tanınmış hakimin qardaşı oğlu həbs edildi

Məşhur hakim Ənvər Seyidovun qardaşı oğlu Qabil Qiymət oğlu Seyidov dələduzluq etdiyinə görə, həbs olunub.

“Yenisabah”ın məlumatına görə, müxtəlif vətəndaşlardan məhkəmədə üzləşdikləri problemlərin həlli üçün xeyli miqdarda pul alan Q.Seyidov ötən ilin ortalarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Q.Seyidov “Qala-BTX” və “Azər Mühafizə” MMC işi ilə bağlı həbs olunan şəxslərin qohumlarına söz verib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə işlərinə kömək edəcək və bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşı tərəf məhkəmənin yekun qərarından sonra aldadıldıqlarını başa düşərək, polisə üz tutublar.

Qeyd edək ki, Q.Seyidov vətəndaşlardan pulu əmisi hakim Ə.Seyidovun Bakı Ağır Cinayətlər Məhkəməsində işləməsindən istifadə edərək alıb. Ötən ilin dekabr ayında istintaq yekunlaşaraq baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 978 05.03.20 15:01