“Lifttəmir” İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.
İB-də aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Taryel Qasımovun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
T.Qasımovun barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.
Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov, “Lifttəmir”in vəzifəli şəxsi Əhməd Hüseynovun barəsində cinayət işi məhkəməyə göndərilmişdi.