Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın heroin, evindən isə əlavə 32 qramdan artıq heroin, 107 qramdan artıq tiryək, 103 qramdan çox marixuana, 109 qramdan artıq metamfetamin, metadon və 1 ədəd elektron tərəzi aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.