Median.Az xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 3 evdən və həyətyanı sahələrdən ümumilikdə 190 manat və 8 ev quşu oğurlayan Bakı şəhər sakini V.Qasımov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.