Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evdən 1490 manat, noutbuk, mobil telefon və gümüş əşyalar oğurlayan Bakı şəhər sakini H.Bağırov saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.