Bakıda azyaşlıya qarşı seksual hərəkətlər etməkdə təqsirli bilinən Tərlan Mehtiyev, Müslüm Hüseynov, Bahadur Hacıyev və Elnur Soltanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Məhkəmə hazırlıq iclası noyabr ayının 11-nə təyin olunub.
Məlumatına görə, azyaşlının valideynlərinin məsələdən xəbər tutmasından sonra hüquq-mühafizə orqanlarına müraciət olunub.
Polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərlan Mehtiyev, Müslüm Hüseynov, Bahadur Hacıyev və Elnur Soltanov saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.