Median.Az xəbər verir ki, noyabrın 2-nə keçən gecə Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.
Araşdırma zamanı, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.
Nizami RPİ 25-ci polis şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti (DTV) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov "Şıxlı" keçid məntəqəsində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.