Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini V.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib, hadisə yerindən yayınan “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini İ.Ağayeva saxlanılıb.
Sürücünün izahatı alındıqdan sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.