Ər-arvadı barışdırmağa çalışdı, sonra öldürdü - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |     19:43 Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb  |     19:39 “Torqovıy”da turistlərə satılan QIZLAR-Sutenyor şəbəkəsini ifşa edən VİDEO  |     19:30 Sabah Bakıda yağış yağacaq, külək güclənəcək  |     19:24 Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     19:17 İspaniyalı fiqurlu konkisürən altı il müddətinə diskvalifikasiya edilib  |     19:11 Avropa liderləri Ukraynada qoşun yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcəklər  |     19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |    

Ər-arvadı barışdırmağa çalışdı, sonra öldürdü - MƏHKƏMƏ

Bakının Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azad Məcidovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında “28 May” qəsəbəsi ərazisində baş verib. 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının cəsədləri tapılıb. İlkin məlumata görə, oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirilib.

Polis əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumu, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.

İlkin araşdırma zamanı məlum olub ki, 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevinc boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.

İstintaqın versiyasına görə, V.Behbudov ayrılmış cavanları barışdırmağa çalışıb. O, S.Muradzadəni götürərək İ.Məmmədovun “28 May” qəsəbəsindəki evinə gətirib. Lakin orada heç də hər şey Behbudovun planlaşdırdığı kimi olmayıb.

Görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O, daha sonra Nərimanov rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.

Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 561 24.09.19 13:48