Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Karrar qəsəbə sakini Ə.Əliyevin yaşadığı evdən 3,2 kq. yaxın marixuana aşkar edilib.
Bundan başqa, İmişli RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qızılkənd kənd sakini, əvvəllər məhkum olunmuş H.Qocayevin evindən 3,1 kq. yaxın marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.