İŞİD-ə pul göndərən azərbaycanılılar danışdı - Ziddiyyətli ifadələr » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |     19:43 Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb  |     19:39 “Torqovıy”da turistlərə satılan QIZLAR-Sutenyor şəbəkəsini ifşa edən VİDEO  |     19:30 Sabah Bakıda yağış yağacaq, külək güclənəcək  |     19:24 Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     19:17 İspaniyalı fiqurlu konkisürən altı il müddətinə diskvalifikasiya edilib  |     19:11 Avropa liderləri Ukraynada qoşun yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcəklər  |     19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |    

İŞİD-ə pul göndərən azərbaycanılılar danışdı - Ziddiyyətli ifadələr

Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
Teleqraf.com-a istinadən bildirir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs Sahil İbrahimov ifadə verib.

O bildirib ki, qardaşı Samir Suriyada olan zaman bir neçə dəfə zəng edərək ona pul veriləcəyini deyib. Onun sözlərinə görə, , həmin pulları götürüb bir hissəsini başqa şəxslərə verib, bir hissəsini isə qardaşına göndərib.

Digər təqsirləndirilən Namiq Məmmədov isə təqsirləndirilən şəxsləri tanımadığını, bir neçə nəfərdən pul alaraq ayrı-ayrı şəxslərə verdiyini deyib.

Təqsirləndirilən İlqar Ağayev sərbəst ifadə verməkdən imtina edib. O, əvvəlki prosesdə olduğu kimi, özünü anormal şəkildə aparıb, deyilənləri başa düşmədiyini bildirib.

Proses davam edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən hazırlıq iclasında çıxış edən prokuror cinayət işi ilə tanış olmadığını deyib. O, hazırlıq iclasının vaxtının dəyişdirilməsini, cinayət işi ilə tanış olması üçün ona vaxt verilməsini istəyib. Hakimlərdə bu səbəbdən hazırlıq iclasını təxirə salmışdılar.

Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs ediliblər.

Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvləri və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib.

Həmin şəxslərlər vasitəsi ilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 384 20.09.19 20:55