Bakıda qadın kriminal avtoritetə adam oğurlatdı, işgəncə verib, pul tələb etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |     19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |     19:43 Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb  |     19:39 “Torqovıy”da turistlərə satılan QIZLAR-Sutenyor şəbəkəsini ifşa edən VİDEO  |     19:30 Sabah Bakıda yağış yağacaq, külək güclənəcək  |     19:24 Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     19:17 İspaniyalı fiqurlu konkisürən altı il müddətinə diskvalifikasiya edilib  |     19:11 Avropa liderləri Ukraynada qoşun yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcəklər  |     19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |    

Bakıda qadın kriminal avtoritetə adam oğurlatdı, işgəncə verib, pul tələb etdi - FOTO

Paytaxt sakini Hüseyn Əsgərov sentyabrın 9-da oğurlanıb. O, 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızından 25 min manat borc alıb və deyilən vaxtda ödəyə bilməyib. Bu zaman Abbasova kriminal aləmin nümayəndələri ilə danışaraq Hüseyni oğurlatdırıb.

Plana əsasən, 1985-ci il təvəllüdlü Kazımlı Könül Allahbaxış qızı Əsgərovu Bakıxanov qəsəbəsindəki kafeyə dəvət edib.

Burada qurbanın başına çuval keçiriblər, maşına oturdaraq Pirşağı qəsəbəsinə aparıblar. Burada ondan 30 min manat tələb ediblər. Əsgərova işgəncə veriblər və bildiriblər ki, 30 min manat borcun 10 minini onlara verməlidir.

Polisə Hüseynin oğurlanması barədə məlumatı oğlu verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində insan oğruları saxlanılıb, girov şəxs isə azadlığa buraxılıb.

Saxlanılanların siyahısı: əvvəllər ölüm işinə görə məhkum olunmuş Allahverdiyev Vasif Dursun oğlu (1982-ci il təvəllüdlü), 1988-ci il təvəllüdlü Hüseynov Şaiq Firdovsi oğlu (qətlə görə məhkum olunub), 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu və sifarişçi Abbasova Aygün.

Qeyd edək ki, Ş.Hüseynov və F.Eminoğlu Sumqayıt sakinləridir.

Araşdırmalar zamanı Könül Kazımlının əri Kazımlı Niyaməddin Sabir oğlunun (1987-ci il təvəllüdlü) da cinayətdə əli olduğu üzə çıxıb. Niyaməddin də adaöldürməyə görə məhkumluq həyatı yaşayıb.

Kazımlı cütlüyü gizlənib. Hazırda əməliyyatçılar onların saxlanılması üçün tədbir görürlər.
/oxu.az/

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 417 11.09.19 16:12