AÇG-də yeni platformanın inşası üçün 486 milyon dollarlıq müqavilə imzalanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:08 Gəncədə 18 yaşlı qadın bıçaqlandı - onunla qeyri rəsmi nikahda olan 15 yaşlı oğlan tutuldu (YENİLƏNİB)  |     23:01 Əlverişsiz hava şəraitinə görə ölkə çempionatının oyunu təxirə salınıb  |     22:56 Şəkidə qəza baş verib, xəsarət alanlar var  |     22:50 Bakıda kişi bonus kartlarını oğurlayıb özünə telefon aldı  |     22:43 Yuxuda əncir görmək nəyə işarədir?  |     22:37 25 dollara klaviaturalı telefonlar satışa çıxarıldı  |     22:31 Rayon sakinini aldadıb pulunu alan qadın tutuldu  |     22:25 Bu pəhrizlər diabet riskini artırır  |     22:20 Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA  |     22:13 Azərbaycan çempionatını ən dəyərli futbolçuları (SİYAHI)  |     22:08 Verilişi bağlanan Amil Xəlilin yeni işi  |     22:01 İradə Zeynalova səfir təyin edildi  |     21:56 Astronomlar Marsda qəribə struktur tapdı - Bu, planetdə həyatın əlaməti ola bilər  |     21:50 İnstitut direktoru vəfat etdi  |     21:43 Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib  |     21:35 Zelenski: Rusiya noyabrda keçiriləcək növbəti sülh sammitinə dəvət olunacaq  |     21:31 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 2 terrorçu öldürülüb  |     21:24 Ukraynaya “Patriot” kompleksi üçün radar verilib  |     21:19 Azərbaycanda əhalinin sayı açıqlanıb  |     21:13 "Çelsi" hücumçusu ilə 9 illik müqavilə imzalayıb  |    

AÇG-də yeni platformanın inşası üçün 486 milyon dollarlıq müqavilə imzalanıb

"Azfen" birgə müəssisəsi (SOCAR 60%, "Tekfen İnşaat" 40%) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi Azəri”) tikinti və montaj işlərini həyata keçirəcək.

Report-un xəbərinə görə, bu barədə "Tekfen Holding" məlumat yayıb.

Bildirilib ki, AÇG-nin operatoru "BP-Exploration" şirkəti ilə 486,3 mln. dollar dəyərində müqavilə imzalanıb.

Məlumata görə, 16 936 ton ağırlığındakı platformanın inşasının 38 ay müddətində tamamlanması gözlənilir. Qeyd edilib ki, "Azfen" şirkətində ortaqlıq payına uyğun olaraq "Tekfen İnşaat"ın layihədə payı 194,5 mln. dollardır.

Qeyd edək ki, "Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

Bu il aprelin 19-da "Mərkəzi-Şərqi Azəri" platforması üzrə yekun investisiya qərarı qəbul olunub. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

"Azfen" 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və “Tekfen İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 821 29.08.19 13:32