ABŞ prezidenti Donald Tramp Çinlə keçirdiyi görüşlərdən sonra yenidən neftə “vaxt ayırmaq” qərarına gəlib. Tramp “Twitter” səhifəsində “Neft qiymətləri həddən artıq yüksəkdir. OPEC, zəhmət olmazsa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, - deyə mesaj yayımlayıb.
Nəticədə, neft dünəndən ucuzlaşmağa başlayıb və 3,8% düşərək 64,62 dollara satılıb.
Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 2,25 dollar və yaxud 3,29% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,24 dollar təşkil edib.
Hazırda neftin ucuzlaşması davam edir.