Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Benzin, araq və siqaretə yeni vergi belə ödəniləcək - Qaydası müəyyənləşdi

27.12.2018 16:56 3 092
Benzin, araq və siqaretə yeni vergi belə ödəniləcək - Qaydası müəyyənləşdi
Azərbaycanda 2020-ci ildən benzin, dizel yanacağı, maye qaz, energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün maye, tütün məmulatları və alkoqollu içkilərə görə icbari tibbi sığorta haqqı qismində alınacaq faktiki verginin hesablanması və ödənilməsi qaydası məlum olub.

Bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda müzakirəyə çıxarılacaq "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan ərazisində benzininin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi icbari tibbi sığorta haqqını aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

Energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə, tütün məmulatlarına, alkoqollu içkilərə aksiz markalarının verilməsinə görə icbari tibbi sığorta haqqı isə vergi ödəyicisi tərəfindən həmin aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda ödənilir.

Qeyd edək ki, qanun layihəsinə əsasən, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 2 qəpik, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 10 qəpik, tütün məmulatlarına aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 5 qəpik, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 10 qəpik icbari tibbi sığorta üzrə sığorta haqları qismində alınacaq.

Bu qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Bu məhsullar ekologiyaya, insan sağlamlığına mənfi təsir göstərdiyi üçün faktiki belə vergiyə cəlb olunduğu ehtimal edilir. Bu vəsaitin İcbari Tibbi Sığorta agentliyinin hesabına köçürüləcək.скачать dle 11.3

Son xəbərlər