Azərbaycan Rusiyanın bəzi bölgələrindən quş əti idxalını dayandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Azərbaycan Rusiyanın bəzi bölgələrindən quş əti idxalını dayandırdı

Xəbər verdiyimiz kimi, Beynəlxalq Epizootik Büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb. Artıq Belarus və Qazaxıstan bu ərazilərdən sözügedən məhsulların idxalını dayandırıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin oxu.az-a açıqlamasına görə, Azərbaycan sözügedən ərazilərdən quş ətinin idxalını dayandırıb:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Moskva və Moskvaərtafı bölgədə quş qripi təhlükəsi ilə bu məhsulların idxalına qadağa qoyub. Bu səbəbdən biz də həmin ərazilərdən quş əti məhsullarının idxalına məhdudiyyətlər tətbiq etmişik”.

Qərarın hansı müddətə qədər davam edəcəyinə gəlincə, Y.Xanvəli bildirdi ki, bu, xəstələyin nə zaman aradan qaldırılmasından asılıdır. Onun sözlərinə görə, qadağa beş ay da qüvvədə ola bilər.

Y.Xanvəli onu da əlavə etdi ki, iyul ayının 1-dən Baytarlıq Xidmətinin bu səlahiyyətini Qida Təhlükəsizliyi Agentliyi icra edəcək.

O, Azərbaycanın Rusiya, Ukrayna və Gürcüstandan quş əti və məhsulları idxal etdiyini vurğuladı:

“Məsələn, Dağıstanda eyni vəziyyət qeydə alınmadığından oradan quş ətinin idxalı dayandırılmayıb”.

Nəzərə çatdıraq ki, Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev Rusiyada quş əti idxal edilmədiyini bildirir.

Onun sözlərinə görə, Azərbaycan quş ətinə tələbatını yerli istehsal hesabına ödəyir.

Bu arada, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında quş əti və onun əlavə məhsulları – 13,3 faiz azalıb. Hansı ki, ilin əvvəlində bu rəqəm üç dəfə artmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 326 27.06.18 12:14