Büdcə təşkilatlarında çalışanların maaşları artırılsın - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Büdcə təşkilatlarında çalışanların maaşları artırılsın - TƏKLİF

Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil.

Bunu Milli Məclisin (MM) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Əli Məsimli deyib.

Millət vəkili deyib ki, bu, hardasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir:

“Çünki bu nəticə etibarilə korrupsiyanın baş verməsinə şərait yaradır”.

Millət vəkili dövlət zəmanəti ilə götürülən vəsaitlərin, kreditlərin taleyi məsələsinə toxunub.

“Bu məsələdə çox ciddi problemlər var. Çünki bir çox qurumlar bu məsələdə şəffaflığa əməl etmirlər, həmin vəsaitləri təyinatı üzrə sərf etmirlər. Ona görə də bu məsələnin ciddi təhlili lazımdır”.

Ə. Məsimli dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılmasını təklif edib:

“Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əməkhaqları çox azdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 723 22.06.18 14:17