Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:04 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:00 Əli Əsədov Almatıda beynəlxalq forumda iştirak edir  |     12:57 Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     12:54 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     12:52 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi  |     12:52 Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb  |     12:49 UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib  |     12:47 Plastik cərrahlara verilən vaxt başa çatır - SON GÜNDÜR  |     12:45 "Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi: Qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:43 Faytonçu Nazim xəstəxanaya yerləşdirildi  |     12:39 Azərbaycanın Yunanıstadaki səfirliyin keçmiş 1-ci katibi saxlanılıb, 500 AZN cərimələndi  |     12:32 Paytaxtın əsas prospektlərindən birində təmir işləri aparılır, hərəkətə məhdudiyyət qoyulub  |     12:27 Azərbaycanda zəlzələ olub  |     12:25 Yeni Zelandiyada dağa hüquqi şəxs statusu verildi: İnsanlar kimi imtiyazları olacaq  |     12:25 Antalyada 50-dən çox hotel bağlanıb  |     12:23 Ronaldu Messi ilə münasibətlərindən danışdı  |     12:23 Rusiyada uşaqlarla bağlı maraqlı təklif: Valideynin icazəsi olmadan öz adlarını dəyişə biləcəklər?  |     12:22 Uşaqlarda zəhərlənməni necə müəyyən etmək olar? - Həkimə müraciəti zəruri edən SİMPTOMLAR  |     12:04 Ölümdən sonra həyat varmı? - Ürəyi dayanmış xəstənin ayılandan sonra danışdıqları heyrətə gətirdi  |     12:01 "The Squid Game"in son mövsümü nə vaxt yayımlanacaq?  |    

Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR

Ötən ildən gündəmdə olan kommunal borcların silinmə ehtimalı 2018-ci ildə reallaşa bilərmi? Millət vəkilləri və iqtisadçı-ekspert məsələyə aydınlıq gətirib.

«Ümumiyyətlə, borc niyə silinməlidir? Vətəndaş bu borcu nə üçün ödəyə bilmir? Bunlar araşdırılmalıdır. Elə insan var ki, imkanı var, amma deyir, mən ödəmirəm. Belə adamın borcu nə üçün silinsin?»

Bunu Topxəbər.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, kommunal xərclərin silinməsi fantastik bir məsələdir: «Təbii ki, prezidentin bu sahədə müəyyən təşəbbüsləri olub. Sahibkarlara, fiziki şəxslərə dəstək məqsədiylə belə bir addım atılıb. Bu yaxında sığorta ödəyiciləri ilə bağlı borcların xeyli hissəsi silindi. Bütövlükdə, kommunal xərcləri silmək praktikası heç bir yerdə yoxdur və bunu gözləmirəm. İnsanların imkanı çatmadığı təqdirdə belə, silinə bilməz, büdcədən əvəzi ödənilməlidir. Çox böyük borc varsa, müvafiq qurumlar bunu araşdırıb, ödənilməsi yollarını tapa bilərlər. Bu borcları silmək asan deyil. Borcların silinməsi insanlarda daha çox məsuliyyətsizlik və yenidən borclar yaradacaq. Buna differensial yanaşmaq olar, əgər zərurət yaranarsa, hökumət qərar qəbul edə bilər»

Millət vəkili Tahir Rzayev isə borcların silinməsini həm məqsədəuyğun, həm də gözlənilən ola biləcəyini deyib: «Cənab prezident həmişə belə humanist addımlar atır. Məqsədəuyğun hesab edirəm. Sözsüz ki, ola bilər. Prezident bu qədər əfv fərmanı imzalayıb, bir çox tədbirlər həyata keçirilib, borcların bağışlanması halları olub. Müəyyən dövlət müəssisələri var ki, kommunal borclar yığılıb, ödəyə bilmirlər, o idarələr artıq iflas vəziyyətinə düşür. Bəzi aztəminatlı ailələr var ki, onların borcları toplanıb. Əlbəttə ki, bu, ölkə başçısının səlahiyyətlərinə aid olan bir məsələdir, insanların rifahını yaxşılaşdırmaq üçündür və mən bunu alqışlayıram»

İqtisadçı Vüqar Bayramov hesab edir ki, aztəminatlı ailələrin borclarının silinməsi təqdirəlayiqdir: «Bildiyiniz kimi, kommunal borcların silinməsi ilə bağlı qərar hökumət tərəfindən verilir. Buna görə də, yaxın günlərdə belə bir addımın atılıb-atılmayacağını söyləmək praktik olaraq, mümkün deyil. Nəzərə alsaq ki, dövlət müəssisələrinin kommunal borclarının silinməsi ilə bağlı müəyyən müddət öncə qərar qəbul edilmişdir. Bu baxımdan əhalinin, xüsusən də aztəminatlı ailələrin kommunal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması məqsədəuyğun olardı. Nəzərə alsaq ki, son dövrlər müəssisələr arasındakı, eləcə də onların kommunal borclarının silinməsi ilə bağlı qərarlar qəbul edilib. Bu da birbaşa həmin idarələrin borc öhdəliklərinin azaldılmasına xidmət edir. Xüsusən, aztəminatlı ailələr var ki, onların borcları var və bu borcların müəyyən hissəsinin silinməsinin dövlət tərəfindən qarşılanması alqışalayiq olardı. Ya da ki,ödəmə qrafikinin dəyişdirilməsi ilə bağlı güzəştlər tətbiq edilə bilər»

Millət vəkili Aqil Abbas: «Əslində hamı suyun, işığın, qazın pulunu verməlidir. Borclar silinərsə, sevinərəm, çünki insanlar var ki, onu ödəməyə gücü çatmır. Belə bir qərarın da verilməsi dövlət başçısının səlahiyyətindədir».

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 296 15.03.18 13:01