Nazirdən sərt TƏLƏB: Cızığından çıxan vergi əməkdaşını dəmir barmaqlıq gözləyir… » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |     11:09 Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu  |     23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |    

Nazirdən sərt TƏLƏB: Cızığından çıxan vergi əməkdaşını dəmir barmaqlıq gözləyir…

Vergilər naziri Mikayıl Cabbarovun Vergilər Nazirliyində apardığı kütləvi kadr dəyişiklərinin ardından vergiyığma sahəsində şəffaflığın artırılması istiqamətində islahatları da davam edir.

Median.Az
xəbər verir ki, Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, hazırda yeni nazir bütün diqqəti vergi siyasətində şəffaflığın təmin edilməsinə, rüşvətin aradan qaldırılmasına yönəldib. M.Cabbarovun həyata keçirdiyi islahatlar çərçivəsində üç vergi əməkdaşının rüşvət alarkən saxlanılması da buna dəlalət edir.

Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vergi ödəyicilərindən külli miqdarda pul alıblar.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində hər üç əməkdaş “iş başında” olarkən ifşa edilib və istintaq tədbirlərinə başlanılıb.

Nazirlikdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, qurumdakı “ələnmədən” sonra da “əliuzun” əməkdaşlar qalmaqdadır. Amma sonuncu atılan addım onların hamısını öz “qınına” çəkilməyə məcbur edib. Nəfsinə güc gələ bilməyənləri dəmir barmaqlıqlar gözləyir…скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 429 16.02.18 13:15