Azərbaycanda quzu əti niyə bahalaşıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir? - Video  |     22:51 DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib  |     22:42 Putin müharibənin bitəcəyi tarixi açıqladı  |     22:30 Bakıda bu istiqamətlərdə tramvay xətləri çəkiləcək  |     22:13 Şirvanda qadın dəm qazından boğuldu  |     22:03 Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı  |     21:54 Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm  |     21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |    

Azərbaycanda quzu əti niyə bahalaşıb?

Azərbaycanda ət kəsimi məntəqələrində quzu ətinin bahalaşdığı müşahidə olunur. Belə ki, bir müddət əvvəl bir kiloqramı 18-19 manata satılan quzu əti hazırda bəzi məntəqələrdə 20 manata təklif olunur. Bəzi satıcılar bahalaşmaya səbəb olaraq diri çəkidə quzunun qiymətinin artdığını göstərirlər.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə faktiki olaraq ət çatışmazlığı mövcuddur.

Onun sözlərinə görə, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir: "Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50%-nə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edib. Bunlardan biri də bu yay mövsümündə davam edən qeyri-sabit hava şəraitidir. Belə ki, hava yağıntılı keçdiyinə görə biçində problemlər yarandı, yağış otu sıradan çıxardı və keyfiyyətini azaltdı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi. Əlverişsiz hava şəraiti heyvanlar üçün yığılan yem bazasını zəiflətdi".

Ekspert söyləyib ki, ümumiyyətlə, bu il yem bitkilərinin məhsuldarlığı aşağıdır: "Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            558 13.08.24 18:38