Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir? - Video  |     22:51 DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib  |     22:42 Putin müharibənin bitəcəyi tarixi açıqladı  |     22:30 Bakıda bu istiqamətlərdə tramvay xətləri çəkiləcək  |     22:13 Şirvanda qadın dəm qazından boğuldu  |     22:03 Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı  |     21:54 Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm  |     21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |    

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, iyul ayında əvvəlki aya nisbətən ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bildirilib ki, 2024-cü ilin iyul ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma Aİ92 markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə Aİ-95 markalı avtomobil benzininin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 13.08.24 13:19