Azərbaycan və Pakistan iki saziş hazırlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Azərbaycan və Pakistan iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənaye Palatasının (KTSP) prezidenti İftixar Əhməd Şeyx ilə görüşdə bildirib.

O, KTSP üzvlərinə Azərbaycan Nazirlər Kabinetinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən, Pakistandan idxal olunan düyünün 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilməsi barədə məlumat verib.

Səfir qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi xeyli artaraq 100 milyon ABŞ dollarını ötüb.

X.Fərhadov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistana LNG tədarükünün bərpasının, eləcə də enerji və informasiya texnologiyaları sektorlarına qarşılıqlı investisiyaların qoyulmasının hər iki ölkənin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb.

O, Azərbaycan və Pakistanın işgüzar dairələri arasında əlaqələrin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib:

“Özəl sektorun iştirakı olmadan biz heç vaxt səy göstərdiyimiz məqsədə nail ola bilməyəcəyik. Özəl sektor Azərbaycan-Pakistan hökumətlərarası birgə komissiyanın 2021-ci ilin dekabrında keçirilmiş VII iclası zamanı yaradılmış birgə işçi qruplarında iştirak etməlidir. Bu qruplar müxtəlif sahələri əhatə edir və özəl müəssisələr ticari-iqtisadi əməkdaşlığın inkişafında iştiraka dəvət edilməlidir”.

KTSP-nin prezidenti İftixar Əhməd Şeyx isə öz növbəsində ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycanı qarşıdan gələn “Mənim Kəraçim - Harmoniya oazisi” beynəlxalq sərgisində iştirak etməyə dəvət edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 20.04.24 18:48