Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 0,7 ABŞ dolları və ya 0,76% artaraq 92,96 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.