Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 88 dollardan az olub.
Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,65 dollar və ya 0,74% azalaraq 87,74 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.