Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 32 dəfə artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 32 dəfə artırıb

2023-cü ildə Azərbaycan Gürcüstana 53,6 milyon ABŞ dolları investisiya yatırıb ki, bu da 2022-ci ilə nisbətən 31,5 dəfə çoxdur.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Gürcüstana yatırılan ümumi xarici investisiyalarda Azərbaycanın payı 3,4 % təşkil edib.

Hesabat dövründə Gürcüstana 1 milyard 594,7 milyon ABŞ dolları xarici birbaşa investisiya yatırılıb ki, bu da illik müqayisədə 24 % azdır.

Ötən il Gürcüstanın əsas xarici investoru Böyük Britaniya (392 milyon ABŞ dolları; 10,3 % az) olub. Onu ABŞ (153,5 milyon ABŞ dolları; 13 % az), Rusiya (87,6 milyon ABŞ dolları; 19 % az) və Malta (80 milyon ABŞ dolları; 2,1 dəfə çox) izləyib.

Təkcə öən ilin IV rübündə Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu əvvəlki ilin eyni dövrünə nisbətən 8,5 dəfə artaraq 35,6 milyon ABŞ dollarına çatıb. Bu da qonşu ölkəyə rüblük xarici investisiya qoyuluşunun 17,2 %-i qədər olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            909 12.03.24 20:10