Türkiyədə dollar 32 lirəyə ÇATDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Türkiyədə dollar 32 lirəyə ÇATDI

Türkiyədə lirənin sürətlə ucuzlaşmasının qarşısını almaq mümkün olmur.


Fevralın 27-də məzənnəsi 31 lirəyə yüksələn dollar bu gün birjalarda 32,95 lirədən baha satılıb. Cəmi 10 gün ərzində dollar daha 1 lirə bahalaşıb. İlin əvvəlindən isə dolların məzənnə qiymətində 2,4 lirə artım qeydə alınıb.


Maraqlıdır ki, lirənin ucuzlaşması dolların qlobal məzənnə dəyərinin enməsinə baxmayaraq baş verir. Bir müddət öncə Dollar İndeksi 104 olduğu halda hazırda 102,7 həddinə enib. İndeksin enməsi qlobal səviyyədə dolların ucuzlaşması anlamına gəlir. Qlobal miqyasda dolların ucuzlaşmasına baxmayaraq, Türkiyədə dolların yüksəlməsi ondan xəbər verir ki, ölkədə lirə ilə vəsaiti olanların çox hissəsi dollar almağa üstünlük verir.


Türkiyədə dolların bahalaşmasına qızılın bahalaşması da təsir göstərir. Belə ki, Türkiyə əhalisi yığım vasitəsi kimi qızıldan da istifadə edir. Son günlərdə qızılın qiyməti dünyada çox artdığından əhali qızıl almaqdansa, dollar almağı daha çox üstün tutur. Buna görə də dollara tələb bir qədər də artır.
//sfera.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            747 08.03.24 14:23