Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Messi tarixin ən böyük idmançısının adını çəkdi  |     22:54 Sumqayıtda meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB  |     22:46 Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ölüb  |     22:31 Bu çərəz gözlərə çox faydalıdır  |     22:18 Ərdoğan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək  |     22:01 Gədəbəydə hamilə qadın naməlum şəraitdə ölüb  |     21:53 Azərbaycan XİN Paşinyana cavab verdi  |     21:43 Millimiz yenə uduzdu  |     21:35 "Formula 1" Azərbaycan Qran-Prisinin bütün biletləri satıldı  |     21:21 Yuxusuz qalmaq təhlükəlidir?  |     21:12 "Ram" 1.2 milyondan çox pikapını geri çağırdı  |     21:09 Sumqayıtda dəhşət - Qadın yanaraq öldü  |     20:59 Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi  |     20:46 Ermənistanda partlayış: Ölən və yaralananlar var  |     20:22 Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:48 Bakıda idmançı QƏTLƏ YETİRİLDİ  |     19:40 Şimali Koreya liderindən ABŞ və müttəfiqlərinə XƏBƏRDARLIQ  |     19:23 "Qarabağ"ın rəqibinin görüşü polislərin keçirdiyi aksiyaya görə təxirə salınıb  |     19:08 Rüşvətə görə həbs olunan hərbi komissar 8.5 il azadlıqdan məhrum edilib  |     18:58 "Formula-1" zamanı hansı yollar açıq olacaq? - FOTO  |    

Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

Türkiyənin turizm bölgələri Azərbaycan şərabları üçün potensial ixrac yeri ola bilər.

Median.Az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

O qeyd edib ki, bu istiqamətdə təşviqat kampaniyaları aparılacaq: “Bununla yanaşı, 2024-cü ildə mövcud satışlarımızın daha da möhkəmləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur”.

Y.Abdullayev vurğulayıb ki, ölkədə üzüm bağlarının sahəsi artır: “Bölgələrdə bu istiqamətdə inkişafı görürük”.

AZPROMO rəsmisi deyib ki, “Ağdam” şərabının istehsalı dövlətin xüsusi diqqətində olan məsələdir: “Ağdam” şərabının yenidən bərpa edilməsi üçün İqtisadiyyat Nazirliyi xüsusi qaydalar tərtib edib, bu qaydaların əsas məqsədi “Ağdam” şərabını istehsal etmək istəyən istehsalçının Qarabağ iqtisadi bölgəsində torpağının olmasıdır. Müsabiqə keçirilib və müsabiqədə qalib gələn şirkətin Füzulidə üzüm bağı var. “Ağdam” şərabı üçün istehsal edilən üzüm növləri, həmin ərazidə istehsal ediləcək. Bu, əsas tələb idi, çünki coğrafi göstəricinin qorunması çox önəmli idi. Hazırda Ağdam şərabı istehsal edilir”.

O xatırladıb ki, Ümummilli Liderin həm sovet, həm də müstəqillik dövründə şərabçılığın inkişafına diqqət və qayğısı olub: "Nəticədə 2000-ci illərdə ölkədə şərabçılq inkişaf edib və Azərbaycan şərabı dünya bazarlarına çıxarılıb. 2018-ci ildə şərabçılığa dair dövlət proqramı qəbul edilib və bu proqram özündə həm istehsalın, həm də üzüm bağlarının daha çox salınmasını ehtiva edir”.

Y.Abdullayev diqqətə çatdırıb ki, hazırda ölkədə 17 min hektar sahədə üzüm bağı var: “Bu, 40 il əvvəl olan sahələrdən 15 dəfə azdır. Amma dövlətin bu sahəyə verdiyi dəstək sayəsində üzüm bağlarının sahəsi artır. Şərab istehsalı əsasən texniki növ üzüm istehsalı əsasında olur. Dövlətin əsas prioriteti yerli texniki sortlarının inkişaf etdirilməsidir. Burda tingçilik proqramı çox önəmlidir. “Mədrəsə” və “Bayanşirə” adlı məşhur üzüm sortlarının artımı gündəmdədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            897 06.12.23 22:52