Futbol üzrə son Avropa çempionu olan İtaliya və Amerika Kubokunun son qalibi Argentina yığmaları arasında 2022-ci ilin iyununda beynəlxalq pəncərə zamanı oyun keçiriləcək.
Bununla bağlı Avropa futbol qurumu və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında razılıq əldə olunub.
Qarşılaşmanın yeri barədə daha sonra məlumat veriləcək.