2022-ci ildə Azərbaycanın dövlət büdcəsində gözlənilən 2 567 milyon manat kəsirin 1 293 milyon manatı borclanma hesabına aradan qaldırılacaq.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Kəsirin qalan hissəsi isə vahid xəzinə hesabının 1 160 milyon manat qalığı, 114 milyon manatı isə özəlləşdirmədən daxilolmalar hesabına maliyyələşdiriləcək.