Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti mayın 15-dən bu yana ilk dəfə 51 min ABŞ dollarını keçib.
Kriptovalyuta son 24 saat ərzində 2,12 %, son 7 gün ərzində isə 5,8 % bahalaşıb 51 297 dollara çatıb. Nəticədə onun kapitallaşması 946,7 milyard dolları keçib.