2021-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 95,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,1 milyon manat yaxud 4,13 dəfə çoxdur.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı” hesabatının avqust sayında qeyd edilib.
2021-ci ilin yanvar-iyul aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 288,2 milyon manatlıq əməliyyat aparıblar. Bu da müvafiq dövrlə müqayisədə 14,5 milyon manat yaxud 4,79 % azdır.