Rusiya şirkəti Azərbaycana mebel tədarükünə başlayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Rusiya şirkəti Azərbaycana mebel tədarükünə başlayacaq

Rusiyanın Şimali Osetiya respublikasında qeydiyyatdan keçmiş “Rokos” şirkəti sentyabr ayından etibarən Azərbaycana mebel tədarükünə başlayacaq.

“Report” Şimali Osetiyanın İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, müvafiq saziş respublika sahibkarlarının Azərbaycana səfəri zamanı imzalanıb.

Qeyd olunur ki, daha iki şirkətin – potensial tərəfdaşların mütəxəssisləri “Rokos”un istehsal sahələri və imkanları ilə tanış olmaq üçün Vladiqafqaza səfər planlaşdırır.

Şimali Osetiyanın sahibkarlarının Bakıda olduğu dövrdə, həmçinin “T-Cosmetics” (dezinfeksiyaedici, parfümeriya-kosmetika məhsulları), “Buxardon” (mineral su və limonadlar) və “Alaniya buzlaqları” (əriyən buzlu su) şirkətləri tərəfindən məhsulların təqdimatları keçirilib.

Məlumata görə, danışıqlar uğurlu olub, gələcək əməkdaşlığın detalları üzərində iş aparılır.

Ümumilikdə biznes-missiyanın nümayəndələri Azərbaycanda Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi Ruslan Mirsayapov və Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin rəhbəri Nuri Quliyev də daxil olmaqla, 30 görüş keçiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            972 23.08.21 21:14