Bu ilin yanvar-iyul aylarında Azərbaycan 43,885 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,127 milyon ABŞ dolları (16,2 %) çoxdur.
Yeddi ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,236 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,863 milyon ABŞ dolları (11,7 %) çoxdur.
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-ni, ixrac isə ümumi ixracın 0,07 %-ni təşkil edib.