Bu il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 % artaraq 643 504 təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 % artıb və 32 233-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,2 % artaraq 177 385-ə çatıb.