Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 417 milyon manat təşkil edib.
Bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 8,5 % çoxdur.
Hesabat dövründə 690,1 min ton həcmində avtomobil benzini, 1 milyon 458,7 min ton dizel yanacağı, 30,6 min ton sürtkü yağları, 197,1 min ton neft bitumu istehsal edilib.
Belə ki, bu ilin 7 ayı ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 3,6 % azalıb, neft bitumunun istehsalı 14,3 %, dizel yanacağının istehsalı isə 11,9 %, sürtkü yağlarının istehsalı 88,9 % artıb.
Həmçinin, bu ilin 7 ayında ölkədə 247,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 291,3 min ton ağ neft, 25,5 min ton yanacaq mazutu, 153,7 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 55,4 %, neft koksunun istehsalı 21,1 %, ağ neftin istehsalı 3,9% artıb, yanacaq mazutunun istehsalı 39 % azalıb.