Türkiyәnin Azərbaycandakı səfiri Cahit Bağcı KOBİA-da olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata əsasən, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyәnin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı arasında görüş keçirilib.
Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına, KOB-ların iştirakı ilə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.