2021-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 580 700 000 manat təşkil edib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin eyni dövrünə nisbətən 0,4 faiz artım qeydə alınıb.
Bildirilib ki, əhalinin hər nəfərinə orta hesabla 2 755,4 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24 780 000 000 manatlıq vəsait qalıb.