Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimi keçirilib.
Əvvəlcə tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
O bildirib ki, olimpiadaya 10 gün qalsa da, artıq nümayəndə heyətinin bəzi üzvləri oradadır.
Ç.Hüseynzadə idmançıların da Ordumuz kimi qələbələr qazanacağına əminlik ifadə edib: "Çox simvolik rəqəmlər var. Vətən müharibəsi də 44 gün davam etmişdi, vəsiqələrimizin sayı da 44 oldu. Bundan başqa, müstəqillik qazandıqdan sonra bizim üçün ilk sayılan Atlanta Yay Olimpiya Oyunlarına 1992-ci ilin məhz bu günü komanda şəklində qatılmışdıq. Qarşıdakı olimpiadada bizim medallarımız da, uğurlarımız da olacaq. Bizə lazım olan Azərbaycan xalqının dəstəyidir".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə idmançıların hazırlıq səviyyəsinin yüksək nəticələr göstərməyə imkan verdiyini vurğulayıb. O, olimpiyaçılar üçün lazımi şəraitin yaradıldığını da söyləyib: "Qoy, idmançılarımız Vətənə alnıaçıq, üzüağ qayıtsınlar"