İran Azərbaycandan elektrik enerjisi almağa qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

İran Azərbaycandan elektrik enerjisi almağa qərar verdi

İran ölkə daxilində davam edən elektrik kəsintiləri fonunda Azərbaycan, Türkmənistan və Ermənistandan enerji idxalına qərar verib.

"RİA Novosti”nin məlumatına görə, bu barədə çərşənbə günü İranın elektrik enerjisi sənayesinin rəsmi nümayəndəsi Mojtab Rəcəbi Məşhədi məlumat verib.

Onun sözlərinə görə, enerji ixracı demək olar ki, tamamilə dayandırılıb.

"Hazırda elektrik enerjisi Türkmənistan, Azərbaycan və Ermənistandan idxal olunur. Əfqanıstana cəmi 50 meqavat enerji ixrac edirik” - deyə o bildirib.

Bundan əvvəl İran mediası 1000 meqavat gücündə iki elektrik stansiyasında elektrik enerjisinin kəsilməsi barədə məlumat yaymışdı. Ölkənin hər yerində - dövlət idarələrində, yaşayış və sənaye obyektlərində elektrik enerjisi kəsilir. Xüsusilə, keçən həftə sonu İranda elektrik enerjisində kəsintilər olub, bunun gələn həftənin birinci yarısında yenidən baş verməsi mümkündür. Ölkə rəhbərliyi vətəndaşlardan xüsusilə günortadan sonra elektrik istehlakını mümkün qədər azaltmalarını istəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            522 07.07.21 20:51