Gömrükdən büdcəyə daxil olan vəsait azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |    

Gömrükdən büdcəyə daxil olan vəsait azalıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.

Oxu.Az-ın Komitədən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin may ayında gömrük xətti ilə büdcəyə 347 milyon 635 min manat vəsait daxil olub.

Bu, əvvəlki ayın (aprel 2021-ci il) göstəriciləri ilə müqayisədə 6,3 faiz az, ötən ilin may ayı ilə müqayisədə isə 0,2 faiz azdır.

May ayı ərzində gömrük rüsumu üzrə 92 milyon 735,3 min manat, ƏDV üzrə 240 milyon 679,2 min manat, aksizlər üzrə 11 milyon 2,7 min manat, yol vergisi üzrə 3 milyon 217,8 min manat vəsait büdcəyə cəlb edilib.

İlin yanvar-may ayları ərzində gömrük xətti ilə büdcəyə 1 milyard 662 milyon 21,4 min manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində büdcəyə 1 milyard 696 milyon 108 min manat vəsait daxil edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 131 07.06.21 13:13