İqtisadiyyatda müsbət meyillər artır » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |     14:26 Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - VİDEO  |     14:11 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR  |     14:10 Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər - FOTO  |     14:06 Azərbaycanda xanəndə vəfat etdi  |     13:34 Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü  |     13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |    

İqtisadiyyatda müsbət meyillər artır

Ölkə iqtisadiyyatında müsbət meyillər tədricən, artır. Bunu şərtləndirən amillər - həm pandemiya təhlükəsinin sovuşması, həm neftin dünya bazar qiymətlərinin kifayət qədər əlverişli vəziyyətdə olması, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də ümumiyyətlə, iqtisadi aktivlikdə bərpa işartılarıdır.

Doğrudur, il başlanandan bəri keçən ildəki tənəzzül davam edib və artımda müşahidə edilən azalma prosesi aprel ayı da daxil olmaqla dayanmayıb. Bu sahədə may ayına dair göstərici isə bir neçə gündən sonra açıqlanacaq. Sözüm bundadır ki, makroiqtisadi dayanıqlıq möhkəmlənir və bunun təsir nəticəsində də iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid yaranır.

Əlbəttə, ümumi iqtisadi tənəzzüllə bağlı eniş nə vaxtsa səngiməlidir. Pandemiya sovuşduqca, karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanmalıdır və dayanacaq da... Dünya iqtisadiyyatının aparıcı ölkələrində bərpa prosesi nə qədər sürətlə baş verərsə, bu özü də bizə bir o qədər müsbət təsir edəcək. Lakin, ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, hansı ki buna daxildən qaynaqlanan inkişaf deyilir və bizə də, məhz buna nail olmaq tələb edilir.

Bu baxımdan, məsələn, ilk növbədə diqqəti cəlb edən məqam ondan ibarətdir ki, qeyri-neft sektoru üzrə ixracımız artır. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədən ixrac 6,4 milyard dollar təşkil edib ki, bunun 697 milyon dolları qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon dollar və ya 26,5 faiz artıb.

Ümumiyyətlə, 2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci yeri tutub, ikinci, qızıl (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

Digər mallar üzrə isə sıranı müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon ABŞ dolları), xurma (31,9 milyon ABŞ dolları), elektrik enerjisi (23,2 milyon ABŞ dolları) və s. təşkil edir.

Yeri gəlmişkən, ölkə Prezidenti pambıq əkininə, tədarükünə diqqət ayıranda çoxları bunu mənasız hesab edirdi. İndi pambıq ixracı qızıldan daha çox təşkil edir. Söhbət, aqrar sahədə texniki məhsul istehsalı və tədarükündən gedir. Ölkəmizdə digər məhsullar üzrə isə bundan daha böyük imkanlar mövcuddur. Yetər ki, stimul olsun.

Digər mühüm məqam isə ondan ibarətdir ki, daxili maliyyə bazarında xarici valyutaya tələb azalıb. Belə ki, Dövlət Neft Fondu (ARDNF) dollar satışını iki dəfə azaldıb. 2021-ci ilin may ayı ərzində 312,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da əvvəlki ayla (2021-ci ilin aprel) müqayisədə 197,2 milyon ABŞ dolları qədər və ya 38,7 faiz, 2020-ci ilin may ayı ilə müqayisədə 21,3 milyon ABŞ dolları qədər və ya 6,4 faiz azdır. Ümumiyyətlə, bu ilin ilk 5 ayı ərzində ARDNF tərəfindən ümumilikdə 1 milyard 904,8 milyon ABŞ dolları həcmində vəsait satılıb ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 milyard 732,2 milyon ABŞ dolları qədər və ya 1,9 dəfə az deməkdir.

Üçüncü məqam: Mərkəzi Bankın (AMB) iyun ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 460,4 milyon ABŞ dolları təşkil edib. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, aylıq müqayisədə isə 1,5 faiz artıb. Əgər, bir ölkənin mərkəzi bankı daxili valyuta bazarındakı mövcud vəziyyətə nəzərən rəsmi ehtiyatlarını artıra bilirsə, demək ki, yerli valyutanın məzənnəsi qənaətbəxş fon müstəvisi altındadır. Həqiqətən də manat real olaraq ucuzlaşmağa doğru deyil, bahalaşmağa meyillidir. Başqa sözlə desəm, möhkəmlənməyə doğru təzyiq altındadır. Bu özü ölkədə istehsalı stimullaşdırmaq üçün əlavə imkanların mövcud olduğu deməkdir.

Sözüm bunda deyil. Valyuta bazarında sabitlik və qeyri-neft sektoru üzrə ölkədən ixracın yavaş templə olsa da ardıcıl şəkildə artımı o deməkdir ki, təkrar edirəm, ölkə iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid yaranır.

Yeri gəlmişkən, hökumət bu il ərzində ölkəmizdə ÜDM istehsalı üzrə 3,4 faiz artım proqnozlaşdırıb ki, il ərzində ÜDM istehsalı artımını şərtləndirəcək bir sıra amillər mövcuddur. Və bunların bəzisi özünü mütləq şəkildə göstərəcək. Ancaq ən başlıcası, hökumət tərəfindən qarşıya qoyulan 2030-cu ilədək ÜDM istehsalını ikiqat artırmaq hədəfidir ki, bunun üçün orta hesabla ildə 7 faiz artım tələb olunur.

Neft-qaz sektoru hesabına qeyd olunan hədəfə çatmaq mümkün deyil...

Odur ki, qeyri-neft sektoru indikindən daha artıq sürətlə inkişaf etməli və ümumən iqtisadiyyatda olmaqla, xüsusən, qeyri neft-qaz sahəsində özəl payın çəkisi mümkün dərəcədə maksimum həddə yüksəlməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 506 03.06.21 19:21