Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
“Azeri Light” markalı neftin bir bareli 0,71 ABŞ dolları və ya 1 faiz bahalaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 71,28 ABŞ dollarını təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.