İlin əvvəlindən Azərbaycandan 139 min 428,3 ton həcmində plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Ixrac edilən məhsul üzrə 122,9 milyon dollar gəlir əldə edilib.
İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə, ixracdan əldə edilən gəlirlər isə iki dəfə artıb. Bu məhsullardan polietilen, polipropilen və propilenin də ixrac həcmləri açıqlanıb.
Polietilen - 45,3 ton həcmində və 50,9 milyon dollar dəyərində məhsul ixrac edilib. İxrac həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalsa da, ixracdan əldə edilən gəlir 1,7 dəfə artıb.
Polipropilen - 30,8 ton həcmində və 37,1 milyon dollar dəyərində məhsul ixracı baş tutub. 2020-ci ilin müvafiq dörd ayı ilə müqayisədə ixrac həcmi 3 faizə qədər azalsa da, bu məhsuldan əldə edilən gəlir 40,1 faiz artıb.
Propilen - il ərzində ixrac edilən plastmas və onlardan hazırlanan məmulatlar siyahıya əlavə edilən məhsul üzrə ilin əvvəlindən 8,7 min ton həcmində və 13,2 milyon dollar dəyərində ixracı həyata keçirilib.