Mojo.az Banner
13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |     11:47 Ceyk Pol yenidən böyük rinqə qayıdır  |     11:28 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı  |     11:24 Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu  |     23:03 Bakıda 363 min manata ev aldı - Keçmiş sahibinə görə mənzilə həbs qoyuldu (VİDEO)  |     22:58 "İmişli" "Şəfa"nı məğlub etdi  |     22:52 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu  |     22:46 Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər  |     22:40 Azərbaycanda neçə din xadimi var? - RƏQƏMLƏR  |     22:33 Azərbaycanda yeni nazirlik yaradılır? – AÇIQLAMA  |     22:25 İtaliyanın məşhur adalarında meşələr yanır  |    
Left Banner
Right Banner

Azərbaycanda ƏDV-nin artım tempi qeyri-neft ÜDM-ni 5%-ə yaxın üstələyib

28.04.2021 14:04 1 536
Azərbaycanda ƏDV-nin artım tempi qeyri-neft ÜDM-ni 5%-ə yaxın üstələyib
Bu ilin yanvar-mart aylarında vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xİdmətindən bildirilib.

Məlumata görə, qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, topraq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 % üstələyib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 %-ə, mənfəət vergisi üzrə 29,1 %-ə, gəlir vergisi üzrə 18,1 %-ə, aksizlər üzrə 6,2 %-ə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.

Bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 % üstələyib. Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 %), sənaye sektorunda (23,1 %), xidmət sektorunda (15,7 %), ticarət sahəsində (2,5 %), digər fəaliyyət sahələrində (6,6 %) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.скачать dle 11.3
Mojo.az Banner