Avtomobillərin idxalı ilə bağlı yeniliklər GÖZLƏNİLİR » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:43 Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR (YENİLƏNİB)  |     17:40 Azərbaycanda qardaşın qardaşı öldürməsinin SƏBƏBİ MƏLUM OLDU (YENİLƏNİB)  |     17:37 Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu  |     17:34 Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı  |     17:31 Madaqaskar sahillərində iki gəmi çevrildi: 20-dən çox insan həlak oldu  |     16:33 AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib  |     16:32 Bədənin qışdan əvvəl hansı vitaminlərə ehtiyacı var?  |     14:51 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     14:01 "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb  |     13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |    

Avtomobillərin idxalı ilə bağlı yeniliklər GÖZLƏNİLİR

Elektrik mühərrikli avtomobillərin Azərbaycana idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması gözlənilir.

Bu barədə Oxu.Az Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatına istinadən bildirir.

Bildirilir ki, məqsəd ekoloji və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir.

Həmçinin hibrid avtomobillərin idxalı zamanı da güzəştlərin olması təklif edilir.

Belə ki, hibrid avtomobillər idxal olunarkən onların əlavə dəyər vergisindən azad olunması gözlənilir.

Həmçinin istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması istiqamətində işlər aparılır.

Hesabatda o da yazılıb ki, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər aparılır.

Qeyd edək ki, “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanununa əsasən, Nazirlər Kabineti hər il parlamentin yaz sessiyasının beşinci iclasında özünün fəaliyyəti haqqında hesabat verir.

Bu, bir qayda olaraq mart ayına təsadüf edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 644 10.03.21 12:52